Narkotik testinin nəticəsi məlum oldu
2026-10-01 14:55:19
Türkiyəli məşhur aktrisa Melis Sezenin narkotik testi ilə bağlı nəticə açıqlanıb.
Hurriyyet.media xəbər verir ki, narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində Sezendən qan, saç və sidik nümunələri götürülüb. Aktrisanın testinin neqativ olduğu müəyyənləşib.
Melis Sezen özü də nəticə ilə bağlı sosial media hesabında paylaşım edib.
