📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kq marixuana və 1 kq tiryək aşkarlanıb

2024-07-01 19:21:06

Narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kq marixuana və 1 kq tiryək aşkarlanıb

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb.

Hürriyyət.az xəbər verir ki, ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.

Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər.

Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.