📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NASA-dan Kiyev səmasındakı parıltı ilə bağlı açıqlama

2023-04-20 10:32:00

NASA-dan Kiyev səmasındakı parıltı ilə bağlı açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NASA-nın təmsilçisi Robert Marqetta Kiyev rəhbərliyinin şəhərin üzərində baş vermiş hadisə ilə bağlı sualın cavabında, NASA-nın peyklərinin, o cümlədən RHESSI aparatının çərşənbə günü Yerin atmosferinə daxil olmadığını söyləyib. Marqetta deyib: “NASA-nın RHESSI aparatı orbitdə qalmağa davam edir, onun atmosferə daxil olması vaxtı yaxınlaşır. NASA ilə Müdafiə Nazirliyi onu izləməyə davam edirlər. NASA-nın digər peykləri də həmin gün orbitdən çıxaraq atmosferə daxil olmayıb”.

Şahidlərin verdiyi xəbərə görə, Kiyev səmasında 3 ədəd işıq parlaması müşahidə edilib. Ardından Kiyev Şəhər administrasiyasının rəisi Sergey Popko bunun NASA peykinin atmosferə daxil olması ilə bağlı ola biləcəyini söyləmişdi.

Hürr Tərcüman