📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NASA ən uzaq planetə missiyaya hazırlaşır

2021-09-30 11:12:00

NASA ən uzaq planetə missiyaya hazırlaşır

NASA Günəş sisteminin ən uzaq planeti olan Neptuna araşdırma vasitəsi göndərməyə hazırlaşır.

Kosmik agentliyin yaydığı sənədə əsasən uçuş 2031-ci ilə planlaşdırılır.

“Neptun Odyssey” missiyasının 3,4 milyard dollara başa gələcəyi və aparatın 2043-cü ilə qədər səkkizinci planetə çatacağı gözlənilir.

Hurriyyet.az xəbər verir ki, kosmik səyahət Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Space Launch System” və ya “Falcon Heavy” raketi ilə planlaşdırılır.

Günəş sisteminin ən uzaq planetini araşdırmaq üçün yeni missiyanın tarixin ən bahalı missiyası olacağı düşünülür.

Mənbə: Lenta.ru