📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Natiq Cəfərli Əli Kərimlini “bədbəxt” adlandırdı

2022-03-28 10:41:00

Natiq Cəfərli Əli Kərimlini “bədbəxt” adlandırdı

"Özlərinə siyasi "lider" deyənlərin bəziləri üzdə artistlik edib Rusiyanı tənqid edirlər, amma öz Əsgərinin videosuna, öz Ordusunun rəsmi açıqlamasına güvənmədən ağaları Kremlin sözlərini mütləq həqiqət sayırlar - bax bu anda maskaları cırılır, kimin-kim olduğu görünür. 
 

Hələ də anlamır ki, bu xalq, bu ölkə, bu dövlət bizimdir, müxalifət olmaq hər şeyi qaralamaq, ağa qara demək deyil, hələ də qanmırlar ki, hökumət başqa, dövlət başqadır. Bədbəxtdirlər..."

Bu sözləri Real Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli AXCP sədri Əli Kərimlinin Rusiya Müdafiə Nazirliyinin saxta məlumatına əsaslanaraq Azərbaycan ordusunu Fərrux yüksəkliyini tərk etməsi barədə paylaşımına etiraz olaraq öz Facebook səhifəsində yazıb. AXCP sədrinə qarşı sosial şəbəkədə kəskin etirazlar davam edir.
Yenisabah.az