📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Natiq Cəfərli: İndiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və Şərqi Zəngəzura orqanik köç çətin olacaq

2024-06-04 12:20:32

Natiq Cəfərli: İndiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və Şərqi Zəngəzura orqanik köç çətin olacaq

Tanınmış iqtisadçı Natiq Cəfərli 2024-cü ilin iqtisadi göstəricilərinə fikirlərini paylaşıb. 

İqtisadçı bildirir ki, 2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb və bu iş yerlərinin 80%-i (!!!), yəni hər 10 iş yerindən 8-i Bakının payına düşür.

İşğaldan azad edilmiş regionlarda açılan yeni iş yerlərinə gəlincə, iqtisadçı bildirir ki, bu rəqəm 2024-cü ilin I rübündə cəmi 292-dir.

“Fərqi, mənzərəni təsəvvür edirsinizmi?! Biz 4 ildir bu haqda danışırıq, hökuməti izah etməyə çalışırıq ki, indiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və Şərqi Zəngəzura orqanik köç çətin olacaq, hətta ilk mərhələdə köçənlər sonradan Bakıya dönməyə çalışacaq. Çünki, məhz bu modelə görə müstəqillikdən üzü bəri regionlardan Bakıya axın var, köç bitmir, bitməyəcək də - bütün iqtisadi, mədəni, sosial fürsətlərin Bakıda cəmlənməsi başqa nəticə doğura bilməz”, deyə iqtisadçı fikirlərini ifadə edib.

Ülviyyə, Hurriyyet.az