📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşdu - VİDEO

2025-02-21 16:24:25

Qara dənizdə tanker və quru yük gəmisi toqquşub.

Hurriyyet.az xəbər verir ki, “Natiq Əliyev” tankeri və “Beqoniya” quru yük gəmisi Novorossiyk limanında fırtına zamanı toqquşub.

Hadisə nəticəsində “Natiq Əliyev” gəmisinin lövbər zənciri qırılıb. Onların köməyinə yedək gəmisi göndərilib.

Ölən və yaralananlar olmayıb. Gəmilərə ciddi ziyan dəyməyib. 

Unikal.az