"Natiq Qasımov və digər şəhidlərimizin qanı yerdə qalmadı" - XAQANİ CƏFƏRLİ
2023-10-04 11:41:02
"İkinci Qarabağ müharibəsindəki qələbəmizi təmin amillərdən biri də ayrı-ayrı fərdlərin qəhrəmanlığı, cəsurluğudur"
"Toplumu kütlədən xalqa çevirən amilərdən biri də ayrı-ayrı fərdlərin qəhrəmanlığı, cəsurluğudur. Xalqımızın son 35 illik tarixində onlarla qəhrəmanlıq nümunələri var". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki qələbəmizi təmin amillərdən biri də bu qəhrəmanlıqlardır: "Bu qəhrəmanlıq dastanlarından birini də Natiq Qasımov yazıb. Natiq Qasımov və digər şəhidlərimizin qanı yerdə qalmadı. Ən böyük təsəllimiz budur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az