NATO 700 milyon dollarlıq müqavilə imzalayıb
2024-07-09 22:39:25
NATO “Stinger” zenit-raket komplekslərinin alınması üçün müqavilə imzalayıb.
Hurriyyet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da keçirilən sammit çərçivəsində hərbi sənaye forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müqavilənin dəyəri 700 milyon dollardır.