📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"NATO Avropa ölkələrini Rusiyanın hərbi hədəfinə çevirə bilər"

2024-06-14 12:32:27

Hurriyyet.az TASS informasiya agentliyinə xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban NATO-nun Kiyevə silah tədarük eləmək üçün Avropa ölkələrində üç böyük hərbi baza qurmaq planlarını bəyan edib.
"Kossuth" radiostansiyasının efirində çıxış edən Orban qeyd edib ki, "alyans Kiyevə yardım etmək üçün NATO-nun Ukrayna missiyasını yaratmaq istəyir". Bununla əlaqədar ittifaq öz ölkələrinin ərazisində üç böyük hərbi baza qurmağı planlaşdırır. Onun sözlərinə görə bu, NATO-nun Ukraynaya silah tədarükünü koordinasiya etməsi deməkdir. Orban həmin bazaların Ukrayna ilə həmsərhəd dövlətlərdə, o cümlədən, Polşa, Rumıniya və Slovakiyada inşa ediləcəyi təqdirdə, həmin ölkələrin ərazilərinin hərbi hədəflərə çevrilə biləcəyindən narahatlığını bildirib.
Baş nazir qeyd edib ki, Macarıstan da yaxınlıqda olduğundan öz təhlükəsizliyi üçün narahatdır və bu fəalyyətə qoşulmayacaq.
Hürr Tərcüman