📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO Avropada 140 min hərbçi yerləşdirdi

2022-03-17 10:48:00

NATO Avropada 140 min hərbçi yerləşdirdi

NATO Avropada 140 minə yaxın hərbçi yerləşdirib. Bu barədə alyansın baş katibi Yens Stoltenberq açıqlama verib.  

Stoltenberqin sözlərinə görə, alyans ölkələri Ukraynada birliyin hərbçilərini yerləşdirməmək və hava məkanını bağlamamaq qərarında həmrəydirlər. Çünki bu qərar NATO ilə Rusiya arasında silahlı münaqişəyə gətirə bilər. Bu isə yolverilməzdir. 

Ülviyyə, Hurriyyet.az