📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“NATO Belarusa hücuma hazırlaşır” – Lukaşenkonun xalqa müraciətindən

2023-03-31 15:59:00

“NATO Belarusa hücuma hazırlaşır” – Lukaşenkonun xalqa müraciətindən

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bugün parlamentə və xalqa müraciəti zamanı NATO ölkələrinin Belarus dövlətinin ərazisinə hücuma hazırlaşdıqlarını bəyan edib.

Lukaşenko deyib: “Sözümə inanın, mən sizi heç vaxt aldatmamışam. Onlar (NATO ölkələri – red.) ölkəmizi məhv eləmək üçün Belarus ərazisinə müdaxilə eləməyə hazırlaşırlar”. O, NATO qüvvələrinin şərq istiqamətində güclənməsini buna sübut olaraq göstərib. Lukaşenkonun sözlərinə görə, NATO-nun təkcə Polşada və Baltika ölkələrində 21 min nəfərdən çox hərbi qulluqçusu, 250 tankı, 500-ə qədər zirehli maşını, 150-yə qədər təyyarəsi və vertolyotu var: “Və bütün bu armada nümayişkaranə şəkildə Belarusla Rusiya sərhədlərinin yaxınlığında məşq edir”.

Lukaşenko Qərbin ölkədə çevriliş eləmək üçün polklar və legionlar qurduğunu da iddia edib. Lakin detalları açıqlamayıb: “Vaxt gələcək, sizə bu barədə hər şeyi danışacağam. İndi vaxtı deyil, çətin və qapalı iş gedir”.

Hürr Tərcüman