NATO-dan açıqlama: Rusiya Belarusa 30 min nəfərə qədər hərbçi yerləşdirib
Hurriyyet.az Almaniyanın “Velt” nəşrinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq soyuq müharibədən sonra Rusiyanın Belarusda ən irimiqyaslı qoşun toplama əməliyyatını həyata keçirdiyini bəyan edib. Stoltenberqdə olan məlumatlara görə, Moskva təlim adı altında qonşu ölkəyə ən müasir silahlarını və 30 min nəfərə qədər hərbçisini yerləşdirib.
Brüsseldə jurnalistlərə açıqlama verən Stoltenberq Rusiyanın Belarusa xüsusi təyinatlı qüvvələrini, Su-35 qırıcılarını, ikili təyinata malik (həm adi, həm də nüvə raketləri ilə atəş açan) İsgəndər raket sistemlərini və S-400 HHM sistemlərini göndərdiyini bəyan edib.
Alyansın rəhbəri deyib: “Bütün bunlar RF-nin nüvə qüvvələrinin illik təlimləri ilə paralel keçirilir”.
Xatırladaq ki, Qərbin xüsusi xidmət orqanları Rusiyanın Ukrayna ilə həmsərhəd rayonlarında 120 min nəfərə qədər hərbçi topladığı xəbərini yayıblar.
Hürr Tərcüman