NATO-dan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı açıqlama
2023-12-08 14:19:36
Hurriyyet.az xəbər verir ki, NATO təmsilçisi qurumun Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəklədiyini bildirib.
Bu barədə açıqlamanı alyansın Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi təmsilçisi Havyer Kolomina “İks” (X) sosial şəbəkəsində yazıb: “Ermənistan ilə Azərbaycanın saxlanılmış şəxslərin qarşılıqı şəkildə azd edilmələri ilə bağlı birgə bəyanatını alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir.
Hürr Tərcüman