📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-dan Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA

2022-03-24 00:23:00

NATO-dan Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA

Rusiya ordusunun Ukraynadakı ölən hərbi qulluqçularının sayı 7 mindən 15 minə qədər ola bilər.

Bu barədə adı açıqlanmayan NATO nümayəndəsi Amerikanın Səsinə bildirib.

O qeyd edib ki, yaralıları, itkinləri və əsirləri hesablasaq, ümumi itkilər 40 minə qədər ola bilər.

Xatırladaq ki, sabah NATO liderlərinin iclası keçiriləcək. Brüsseldə keçiriləcək sammitində Ukraynaya kimyəvi, bioloji , radioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqların verilməsi müzakirə olunacaq.

Ukrayna lideri Vladimir Zelenski NATO sammitində video formatda iştirak edəcək. \\Konkret.az