NATO-dan Rusiyaya ZƏRBƏ ABŞ Polşanın hava hücumundan müdafiəsini
2022-03-09 15:20:00
ABŞ Polşanın hava hücumundan müdafiəsini gücləndirir. “Patriot” raket sistemləri Rusiyadan gələn hər hansı təhlükənin qarşısını almaq üçün bu ölkəyə göndərilir.
Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya davam edən işğalı zamanı ABŞ və NATO müttəfiqləri üçün potensial təhlükənin qarşısını almaq üçün Polşaya 2 ədəd “Patriot” raket batareyası göndərilir.
ABŞ-ın Avropadakı qüvvələrinin nümayəndələrinin fikrincə, bu addım işğalın qarşısını almaq və NATO müttəfiqlərini razı salmaq məqsədi daşıyır.
“Patriot” zenit-raket sistemi daxil olan qısa mənzilli ballistik raketləri, təyyarələri və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.