NATO Ermənistanda KTMT-nin yerini alır
2023-05-23 17:06:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan NATO-nun Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomini İrəvanda qəbul edib. Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti verib.
Sərhədlərin demarkasiyası məsələlərindən danışlıb
Açıqlamada, tərəflərin Ermənistan-Azərbaycan sərhədindəki və Azərbaycanın Qarabağ zonasındakı, Laçın-Xankəndi dəhlizindəki vəziyyəti, Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyasi, Ermənistan ilə NATO arasında əməkaşlıq məsələlərini müzakirə elədikləri bildirilir.
Hürr Tərcüman
