NATO fevral ayında Rusiyaya qarşı addımlar atacaq - Britaniya 20 min hərbçini səfərbər edir
Hurriyyet.az xəbər verir ki, NATO-nun bu ilin birinci yarısında (fevral-iyun aylarında Şərqi Avropada) keçirəcəyi irimiqyaslı təlimlərdə Böyük Britaniyanın 20 min nəfər hərbçisi iştirak edəcək. Bu barədə məlumatı "Röyter" agentliyi Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadla verib.
Ölkənin müdafiə naziri Qrant Şapps deyib: "Bu gün elan edə bilərəm ki, Britaniya 20 min nəfərə yaxın hərbi qulluqçusunu soyuq müharibə başlanandan bəri NATO-nun keçirdiyi ən böyük toplanışıdır.
Təlimlər zamanı hərbçilərimiz NATO-nun 30 ölkəsindən və İsveçdən olan həmkarlarımız ilə səylərini birləşdirəcəklər. Bu, Putin təhlükəsinə qarşı həyatı vacib təminat deməkdir".
Xəbər verdiyimiz kimi, Almaniyada dərc edilən "Bild" nəşri Bundesverin (Almaniya Silahlı Qüvvələri) məxfi sənədlərinə istinadla NATO-nun şərq cinahının bu ilin fevralında Rusiyaya qarşı hibrid hücumuna hazırlaşdığını yazıb.
Hürr Təcüman