📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO gəmisi Ukrayna limanına DAXİL OLDU

2021-12-24 16:36:00

NATO gəmisi Ukrayna limanına DAXİL OLDU

NATO-nun Fransa istehsalı olan “Auvergne D654” çoxməqsədli döyüş gəmisi dekabrın 24-də Ukraynanın Odessa limanına yan alıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Gəmini Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Aleksey Neijpapa qarşılayıb və göyərtəyə qalxıb.

Məlumata görə, “Auvergne D654” NATO-nun bu il Odessa limanına daxil olan 10-cu gəmisidir. Bildirilib ki, gəmi dekabrın 28-dək Odessa limanında qalacaq./report/