NATO ilə Macarıstan Ukrayna məsələsində razılığa gəldilər
Macarıstan Ukraynaya kömək etməyəcək, lakin NATO-nun yardımını da əngəlləməyəcək
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq ilə Macarıstanın Baş naziri Viktor Orban arasında əldə edilmiş razılığa əsasən, Budepeşt Şimali Atlantika ittifaqının Ukraynaya kömək səylərinə qoşulmayacaq, eyni zamanda hərbi birliyin 9-11 iyul tarixlərində keçiriləcək sammitində NATO-nun müvafiq qərarına əngəl olmayacaq.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Budapeştdə, Baş nazir Viktor Orbanla birlikdə keçirdiyi mətbuat konfransında məlumat verib. Stoltenberq "Macarıstanın mövqeyini qəbul elədiyini" bildirib.
Təşkilatın iyul ayında, Vaşinqtonda keçiriləcək sammitində iki məsələ ilə bağlı qərar verilməsi gözlənilir - Ukraynaya uzunmüddətli maliyyə yardımı və Kiyevə hərbi tədarüklərin koordinasiyasında NATO-nun rolunun gücləndirilməsi.
Hürr Tərcüman