NATO ilə müharibə şərtində, ABŞ qoşunları Rusiya sərhədlərinə atılacaq
2024-06-04 13:55:41
NATO Rusiya Federasiyası ilə münaqişə vəziyyətində ABŞ qoşunlarının Rusiya sərhədlərinə köçürülməsi planı hazırlayır.
Bu barədə “The Daily Telegraph” yazır. Nəşrin yazdığına görə, bir neçə quru dəhlizi yaradılır ki, bu dəhlizlər zərurət yaranarsa, Amerika qoşunlarının Rotterdam limanına enməsini, onların dəmir yolu ilə Hollandiya və Almaniya ərazisindən keçərək Polşaya köçürülməsini həyata keçirəcək.
Ülviyyə, Hurriyyet.az