📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO: "İrəvan bizə Moskvadan uzaqlaşacağını bildirib"

2023-12-25 19:22:04

NATO:

Hurriyyet.az xəbər verir ki, NATO-nun Qafqaz  və Mərkəzi Asiya üzrə xüsusi təmsilçisi Havyer Kolomina Gürcüstanın Birinci kanalına müsahibəsində Ermənistanın öz xarici siyasətini dəyişdirməyi və Moskvadan bir qədər məsafəli olmağı qəti qərara aldığını söyləyib.

O, deyib: "Biz bunu dəstəkləyirik. Ermənilər öz qərarlarını vernəkdə azaddırlar. Onlar özləri belə qərara gəliblər. Məncə, onlar artıq bizimlə yaxınlaşmağa başlayıblar. Geniş əməkdaşlıq, siyasi dialoq, NATO ilə daha da yaxınlaşmağı tələb edirlər. Biz tərəfdaşlarımızın regionun sabitliyi üçün faydalı olan bütün qərarlarını dəstəkləyirik. Bu, bizim üçün çox mühümdür".                                       

 

Hürr Tərcüman,

Hurriyyet.Az