NATO Kosovoya yüzlərlə hərbçi göndərir: “Lazım gələrsə...”
2023-05-31 08:29:00
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq 30 may tarixində Osloda jurnalistlərin qarşısında çıxışı zamanı alyansın Kosovaya əlavə olaraq, 700 hərbçi göndərəcəyini və zərurət yaranacağı təqdirdə göndərmək üçün daha bir batalyonu hazırlaşdıracağını bildirib.
Stoltenerq deyib: “Kosovadakı NATO qüvvələri diyarın bütün əhalisinin təhlükəsizliyini təmin eləmək üçün zəruri olan ütün tədbirləri görəcəklər. NATO Kosovaya əlavə olaraq 700 hərbçi göndərir və daha bir batalyonun hazırlıq səviyyəsini yüksəldir ki, lazım gələrsə, oraya yola düşsün”.
Xatırladaq ki, bölgədə baş vermiş son iğtiaşaşlar zamanı 30 nəfər NATO hərbçisinin yaralandığı xəbər verilmişdi.
Hürr Tərcüman