"NATO KTMT ölkələrinə hücum məşqi edir"
Hurriyyet.az xəbər verir ki, RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT ölkələrinin təhülkəsizlik şurası katibləri komitəsinin iclasındakı çıxışı zamanı NATO alyansının KTMT ölkələrinə hərbi müdaxilə məşqləri etdiyini bəyan edib.
Şoyqu deyib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi varlığı güclənir, ərazilərdə yeni silah sistemləri yerləşdirilir. Hava məkanında təxribatların sayı artır, çoxsaylı hərbi təlimlər keçirilir. Bu təlimlər zamanı KTMT ölkələrinin ərazilərinə müdaxilələr də məşq edilir. Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasındakı şəraitin pisləşməsinə aparır".
Şoyqunun fikrincə, bunun əsas səbəblərindən biri "ABŞ, Böyük Britaniya və Aİ başda olmaqla, bir sıra ölkələrin beynəlxalq təhlükəsizlik sistemini dağıtmağa yönəlmiş siyasətidir".
Hürr Tərcüman