📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun Avropadakı ən böyük bazası Rumıniyada olacaq

2024-03-18 11:12:34

NATO-nun Avropadakı ən böyük bazası Rumıniyada olacaq

Hurriyyet.az xəbər verir ki, Rumıniyada NATO-nun Avropadakı ən böyük bazasının tikintisi başladılıb. Bu barədə "Avronyus" nəşri məlumat verib. Bazada 10 min hərbçisinin yerləşdirilməsi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, bazanın inşası Ukraynadakı müharibə ilə bağlıdır və bu savaş hələ bir neçə il də uzana bilər.
Rumıniyanın Qara dənizdəki limanı olan Kostans rayonunda obyektə təqribən 3 hekatara yaxın ərazi ayrılıb. NATO-nun artıq mövud olan "Mixail Koqeliçanu" aviabazası da kompleksə daxil ediləcək.
2,5 milyard avro dəyərində layihəyə uçuş-eniş zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin, məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxana daxildir.
Rumıniyalı ekspert Dorin Popesku deyib: "Baza Ukraynanın cənubundakı münaqişə ocağının lap yaxınlığında NATO-nun ən mühüm daimi hərbi strukturuna çeviləcək. Gəlin, bu müharibənin 2025- və ya 2026-cı ildə başa çatacağını xəyal etməyək, bu, uzunmüddətli münaqişədir".
Hürr Tərcüman