📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun Baş katibi: “80%-i Türkiyə də daxil olmaqla, dörd ölkə tərəfində maliyyələşdirilir”

2021-12-11 16:45:00

NATO-nun Baş katibi: “80%-i Türkiyə də daxil olmaqla, dörd ölkə tərəfində maliyyələşdirilir”

Hurriyyet.az xəbər verir ki, Fransanın Xarici İşlər naziri  Jan İv Lö Drian, Müdafiə naziri Florans Parli və NATO-nun Baş katibi Yens Stoltenberq Parisdə Xarici işlər Nazirliyindəki görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Stoltenberq görüşdə Rusiyanın Ukrayna ətrafında hərbi varlığının gücləndirilməsi məsələsini müzakirə elədiklərini bildirib. O, bütün NATO ölkələrinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.

Avropa ölkələrinin qitənin təhlükəsizliyi məsələsində töfhələri olduğunu bildirən Stoltenberq deyib: “ABŞ son illərdə Avropadakı hərbi varlığını artırıb. Bu, hər kəsin xeyrinədir”.

NATO-nun Baş katibi Yens Stoltenberq Parisdə çıxış edərkən Şimali Atlantika Hərbi İttifaqının Avropanın müdafiəsi üçün əhəmiyyətini vurğulayaraq birliyin maliyyə mənbəyinin 80 faizinin Avropa İttifaqının üzvü olmayan Türkiyə, ABŞ, Kanada və Britaniya tərəfindən gəldiyini bildirərək, “Bu ölkələrlə birlikdə olmaq lazımdır” deyib.

 

Hürr Tərcüman