📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun Baş katibi Bakıdan sonra bu şəhərlərə gedəcək

2024-03-18 13:10:38

NATO-nun Baş katibi Bakıdan sonra bu şəhərlərə gedəcək

Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin 17 mart tarixində başlamış Qafqaz səfəri martın 19-na qədər davam edəcək. O, Azərbaycandan sonra Gürcüstana, ardından Ermənistana səfər edəcək. Bu barədə məlumat NATO-nun saytında dərc edilib.
Martın 18-də Stoltenberq Bakıdan Tbilisiyə yola düşəcək. Onun Prezident Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri planlaşdırılıb. Stoltenberq Kobaxidze ilə birgə mətbuat konfransı keçirəcək.
Martın 19-da NATO-nun Baş katibi Tbilisidən İrəvana gedəcək.
Hürr Tərcüman