📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun Baş katibi: “Ərdoğana minnətdarıq”

2022-02-07 16:10:00

NATO-nun Baş katibi: “Ərdoğana minnətdarıq”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş kativi Yens Stoltenberq Ukrayna məsələsi ilə bağlı səy göstərdiyinə görə Türkiyə Prezidenti R.T.Ərdoğana təşəkkürünü bildirib. Stoltenberq Türkiyə Prezidenti ilə birlikdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə elədiklərini bildirib və “məsələnin siyasi həllinin axtarışını fəal şəkildə dəstəklədiyinə və bu işdə şəxsən iştirak elədiyinə görə minnətdar olduğunu”  söyləyib.

Stoltenberq “Tvitter” səhifəsində yazıb: “Rusiyanın Ukrayna ətrafında və ərazisində hərbi qüvvə cəm elədiyi barəsində söhbət etdik. Fəal dəstəyinə və məsələnin siyasi həllində şəxsən iştirak elədiyinə görə ona təşəkkürümü bildirdim. Həmçinin Türkiyənin Ukraynanı dəstəkləməsini alqışladım”.

Yens Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu növbəti dəfə qeyd edib.

Hürr Tərcüman