NATO-nun baş katibi İranın əleyhinə çıxış edib
2023-11-27 18:17:10
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq İranın dəstəklədiyi qüvvələrin Yaxın Şərqdəki fəaliyyətindən danışıb. Stoltenberq deyib: “Biz İraqda və Suriyada yerləşən ABŞ mövqelərinə dronların və raketlərin zərbələrinin, həmçinin kommersiya gəmilərinə hücumların şahidi olduq. Bu, eskalasiya riskini gücləndirir. İran öz tərəfdarlarını cilovlamalıdır”.
Hürr Tərcüman