NATO-nun Baş katibi İsveçlə Finlandiyaya səfər edəcək
2022-06-10 18:18:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq ittifaqın üzvü olmaq üçün müracət eləmiş İsveç ilə Finlandiya dövlətlərinə səfər edəcək. Stoltenberqin 12 iyun tarixində Finlandiya Prezidenti və Xarici İşlər naziri ilə görüşü olacaq.
Stoltenberq iyunun 13-də İsveçdə Baş nazir Maqdalena Andersson və hökumət üzvləri ilə görüş keçirəcək.
Finlandiya ilə İsveç 18 may tarixində NATO-ya müraciət edərək alyansa qoşulmaq istədiklərini bildirmişdilər.
Hürr Tərcüman