📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun Baş katibi Mərkəzi Bankın sədri olacaq

2022-02-04 17:40:00

NATO-nun Baş katibi Mərkəzi Bankın sədri olacaq

Hurriyyet.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Norveçin Mərkəzi Bankının sədri vəzifəsinə təyin olunub. Bu qərarı Norveç hökuməti verib.

Nazirlər Kabinetinin məlumatında deyilir: “Yens Stoltenberq Dövlət Şurasının bu gün keçirilən iclasında altı illiyə Norveçin Mərkəzi Bankının rəhbəri postuna təyin edilib”.

Yens Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş naziri olub. 2014-cü ilin oktyabrından NATO-nun Baş katibi vəzifəsini icra edir.

Hazırda Norveçin Mərkəzi Bankına rəhbərlik edən Oysteyn Olsen matın 1-də istefa verəcək. Stoltenberq isə Milli Banka 2022-ci il dekabrın 1-dən etibarən başçılıq edə bilər – həmin gün NATO-nun Baş katibi postunda səlahiyyət müddəti başa çatır.

Hürr Tərcüman