📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun Baş katibi: “Prezident Əliyevə minnətdarlığımı bildirdim”

2022-02-15 14:05:00

NATO-nun Baş katibi: “Prezident Əliyevə minnətdarlığımı bildirdim”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Ukraynadakı vəziyyəti və Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə edib. Bu barədə o, öz “Tvitter” hesabında məlumat verib.

NATO-nun Baş katibi “Tvitter” səhifəsində belə yazıb: “Prezident Əliyevlə çox gözəl telefon söhbəti etdim. Biz regional təhlükəsizliyi və Rusiya qüvvələrinin Ukrayna ərazisində və sərhədində toplaşmasını, o cümlədən, bu addımın enerji bazarları üçün nəticələrini müzakirə etdik”.

Bundan əlavə, Stoltenberq Avropaya qaz tədarükünün artırılmasına görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Hürr Tərcüman

https://twitter.com/jensstoltenberg/status/1493504947324870657