NATO-nun beşinci nəsil qırıcıları Litvada yerləşdiriləcək
2024-03-28 19:03:18
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2025-ci ilin sonuna qədər Litva özünün Zoknay aviabazasını ABŞ-ın F-35 təyyarələrinin qəbuluna hazırlayacaq.
Bu barədə məlumatı Litva Ordusunun komandanı general Valdermaras Rupşis jurnalistlərə açıqlamasında verib.
2004-cü ildən bəri bu hərbi hava bazasında NATO ölkələrinin qırıcıları saxlanılır. Həmin qırıcılar öz aviasiyası olmayan Baltik ölkələrinin səmasına növbəli şəkildə nəzarət edirlər.
Hürr Tərcüman