📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"NATO-nun İranla müharibədə bizə kömək etməməsini heç vaxt unutmayacağıq" - Tramp

2026-03-26 15:06:07

ABŞ NATO-nun bu hərəkətini heç vaxt unutmayacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O, NATO-nu İranla müharibədə ABŞ-a heç bir kömək göstərmədiyi üçün qınayıb və hazırda İran ordusunun “darmadağın” edildiyini bildirib.

Tramp bu "vacib anı" heç vaxt unutmayacaqlarını vurğulayıb.