📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun keçmiş Baş katibi İrəvanda! Paşinyan getdikcə Kremldən uzaqlaşır

2023-03-13 16:13:00

NATO-nun keçmiş Baş katibi İrəvanda! Paşinyan getdikcə Kremldən uzaqlaşır

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, NATO-nun keçmiş Baş katibi, “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisi Anders Foq Rasmussen İrəvana səfər edib, Erməistanın Müdafiə naziri Suren Papikyan ilə görüşüb. Bu barədə məlumatı Ermənistan MN mətuat xidməti verib.

Görüşdə regiondakı son proseslərin, mövcud vəziyyətin, regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi deyilir.

Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Hərbi İttifaqının Baş katibi olub.

Hürr Tərcüman