📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun nüvə qüvvələri Avropa səmasında

2024-10-14 12:00:30

NATO-nun nüvə qüvvələri Avropa səmasında

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, NATO ölkələri oktyabrın 14-dən etibarən nüvə qüvvələrinin "Steadfast Noon" adlı hər il keçirilən təlimlərinə başlayıblar. Bu barədə Şimali Atlantika Hərbi Alyansının mətbuat xidməti məlumat verib.
İki həftə davam edəcək təlimlərdə 60-dan artıq qırıcının iştirakı gözlənilir. Həmin qırıcılar ABŞ-ın nüvə sursatlarını aparmaq imkanına malikdirlər. Hərbi təyyarələr Qərbi Avropa üzərində uçacaqlar. 
Təlimlərə 2000 nəfər hərbçi, qırıcı, bombardmançı, yanacaqdaşıyan təyyarələr, kəşfiyyat və radioelektron döyüş təyyarələri cəlb ediləcək. Uçuşlar NATO-nun 8 aviabazasında həyata keçiriləcək. Təlimlər Belçika, Niderland, Dnaimarka, Böyük Britaniya dəvlətlərinin və Şimal dənizinin səmasında keçiriləcək.
Hürr Tərcüman