📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"NATO-nun silah tədarükü Ukraynanı məhvə aparır" - Zaxarova

2022-05-25 17:13:00

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya silah tədarükünə münasibət bildirib.

Hurriyyet.az
Dia.az-a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə deyib.

“NATO-nun silah tədarükü Ukraynanı məhvə aparır. Bu, yardım deyil. Bu, Ukraynanı məhvə aparmaq deməkdir. Kiyevə daha çox silah partiyası göndərilməsi gərginliyin azaldılmasına xidmət etmir, əksinə, revanşist əhval-ruhiyyəni artırır”, - Rusiya XİN sözçüsü bildirib.