NATO-nun yeni Baş katibi kim olacaq?
Hurriyyet.az xəbər verir ki, bu barədə “Teleqraf” (The Telegraph) nəşri məlumat verib.
Yens Stoltenberqin bu yaxınlarda istefa verməsindən sonda Böyük Britaniyanın indiki Baş naziri Boris Conson Avropada ən nüfuzlu postlardan birini tuta – NATO-nun Baş katibi ola bilər.
Qəzet yazır: “BMT-nin Baş katibi vəzifəsi tezliklə azad olacaq. Böyük torilər Boris Consonun bu posta namizədliyini dəstəkləyirlər. Müdafiə naziri Ben Volles, keçmiş baş nazirlər – Tereza Mey və Devid Kemerondan sonra bu səfər də Conson bu vəzifə təklif edilən növbəti britaniyalı siyasətçidir”.
Nəşrin yazdığına görə, Conson çoxdan bu vəzifəyə namizəd kimi nəzərdən keçirilirdi – Avropanın digər siyasətçiləri dəfələrlə Avropa İttifaqının yeni ordusunun yaranması planlarını bəyan elədikləri üçün ABŞ onlara etibar eləmir. Böyük Britaniyaya isə etibar edirlər. Çonson isə Rusiyanın Ukraynada keçirdiyi əməliyyatlara qarşı beynəlxalq koalisiyanın yaradılmasındakı dəstəyi sayəsində beynəlxalq aləmdə daha çox etimad qazanıb.
“Teleqraf” nəşrinə məlumat verən mənbənin sözlərinə görə, NATO təmsilçiləri yekdilliklə seçilirlər. Fransanın Consonu NATO-nun Baş katibi vəzifəsinə namizəd seçəcəyinə şübhə edənlər də çoxdur.
Hürr Tərcüman