📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-nun yeni Baş katibindən qətiyyətli açıqlamalar – “Putinə mesajımız budur ki...”

2024-10-15 12:55:39

NATO-nun yeni Baş katibindən qətiyyətli açıqlamalar – “Putinə mesajımız budur ki...”

NATO Rusiyanın təhdidlərindən qorxmur və Kiyevə güclü dəstəyini davam etdirəcək.

“AzPolitika” xəbər verir ki, bunu NATO-nun yeni Baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində Ukraynaya yardım üzrə əsas koordinasiya mərkəzinin yerləşəcəyi bazaya ilk səfəri zamanı deyib.

Rutte əlavə edib ki, NATO Putinin qalib gəlməməsi üçün hər şey edəcək: “(Vladimir Putinə) mesaj ondan ibarətdir ki, biz onun məqsədlərinə çatmaması və Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, etməyə davam edəcəyik”.