📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO ölkələrinin müdafiə nazirləri toplaşdılar – Ukrayna da dəvət edilib

2022-03-16 15:08:00

NATO ölkələrinin müdafiə nazirləri toplaşdılar – Ukrayna da dəvət edilib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO üzvü olan ölkələrin müdafiə nazirləri Brüsseldəki NATO qərargahında toplaşıblar. Nazirlərin iclasında Rusiyanın Ukraynaya hücumunun qarşısını almaq səyləri müzakirə edilcək.

Belçikanın paytaxtında keçirilən iclasa NATO-nun Baş katibi Yens Stoltenberq başçılıq edir.

İclasa NATO üzvü olmayan Ukrayna, Gürcüstan, İsveç və Finlandiyanın müdafiə nazirləri ilə yanaşı, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Cozep Borrel də dəvət edilib.

Hürr Tərcüman