📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO ölkəsi okeanın o tayından Ukraynaya hərbçi göndərəcək

2024-03-01 15:47:49

NATO ölkəsi okeanın o tayından Ukraynaya hərbçi göndərəcək

Hurriyyet.az xəbər verir ki, Kanada özünün müəyyən sayda hərbçisini Ukrayna ərazisinə göndərməyə hazır olduğunu bəyan edib - onların cəbhə xəttindən uzaqda olmaq şərti ilə Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcəkləri bildirilir. Bu barədə açıqlamanı Kanadanın müdafiə naziri Bill Bler verib. 
"Toronto Star" qəzetinin müdafiə nazirindən gətirdiyi sitatda deyilir: "Bunu yetərincə ehtiyatla və yalnız təlimlərin keçirilməsi məqsədilə etmək lazımdır. Bizim hərbçilərin də müharibədə iştirakı təəssüratını yaratmamaq üçün mən Kanada Silahlı Qüvvələrinin şəxsi heyətini döyüş əməliyyatlarının keçirildiyi sahənin yaxınlığında yerləşdirmək istəmirəm". 
Hürr Tərcüman