NATO Parlament Assambleyası Rusiyanı terrorçu-dövlət kimi tanıdı və beynəlxalq tribunal yaratmaq çağırışı etdi
Hurriyyet.az xəbər “Qruzia onlayn” portalına istinadla xəbər verir ki, NATO-nun Parlament Assambleyası Rusiya Federasiyasını terrorçu-dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmaq çağırışı edib.
Bu barədə Ukraynanın “Xalqın xidmətçisi” Teleqram kanalının məlumat verdiyi bildirilir.
NATO-nun Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin başçısı, xalq deputatı Yeqor Çernev qərarla bağlı bunları söyləyib: “NATO-nun 30 ölkəsinin hamısı bizim nümayəndə heyətinin təklifini dəstəklədilər. Belə bir tribunla təkcə həri cinayətlərin bilavasitə icraçılarını deyil, həm də Rusiya Federasiyasının ali rəhbərliyini mükhakimə eləməyə imkan verəcəkdir. Qətnamə NATO üzvü olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcəkdir”.
Hürr Tərcüman