📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO Qara dənizdə güclənməyə hazırlaşır

2022-02-10 20:00:00

NATO Qara dənizdə güclənməyə hazırlaşır

Hurriyyet.az “RİA Novosti” portalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq alyansın hərbçilərini Qara dənizdə, Rumıniyada  yerləşməyə hazırlaşdığını bildirib. Stoltenberq deyib: “Biz indi alyansın cənub-şərqində uzunmüddətli hərbi varlığın mümkünlüyünü öyrənirik. Hazırda bizim Baltika ölkələrində və Polşada qüvvələrimiz var. Analoji qrupların Rumıniyanın Qara dəniz rayonunda yerləşdirilməsi imkanlarını öyrənirik”.

NATO-nun rəhbəri hazırda Ukrayna ordusunun 2014-cü ildən xeyli yaxşı hazırlaşdırıldığını da qeyd edib.

Stoltenberq deyib: “Böyük Britaniya və alyansın digər üzvləri müdafiə oluna bilmələri üçün Ukrayna ordusu qüvvələrinə dəstək verirlər, özünü müdafiə eləmək hər bir millətin hüququdur”.

Hürr Tərcüman