📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO rəsmisi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik"

2022-11-03 23:35:00

NATO rəsmisi:

"NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir".

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina tviterdə bildirib.

"Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir. Bu bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndiririk", - alyans nümayəndəsi qeyd edib.