"NATO Rusiya ilə birbaşa qarşıdurmadadır"
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun artıq Rusiya ilə birbaşa qarşıdurmada olduğunu bəyan edib.
Bəlli olduğu kimi, NATO-nun baş katibi Yens Stoltenberq "Ekonomist" nəşrinə müsahibəsində alyansın müttəfiq dövlətlərini Ukraynaya Rusiya ilə müharibə zamanı xarici silahlardan istifadə üçün icazə verməyə çağırıb.
Peskov "İzvestiya" nəşrinə müsahibəsində Stoltenberqin bəyanatını şərh edərkən deyib: "Stoltenberqin sözləri onun şəxsi nöqteyi-nəzərini əks etdirə bilməz, çünki o, NATO-nun baş katibidir".
Kreml nümayəndəsi bildirib: “Hərbçilərimiz də nə edəcəyini bilir, bütün təhdidləri dayandırmaq üçün xüsusi hərbi əməliyyatı davam etdirirlər”.
Jurnalistin alyansın artıq Rusiya ilə birbaşa qarşıdurmaya yaxınlaşması ilə bağlı sözlərinə münasibət bildirən Peskov deyib: “Onlar yaxınlaşmırlar, artıq birbaşa qarşıdurma içərisindədirlər”.
Hürr Tərcüman