📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO Rusiya ilə birbaşa savaşa başlayacaqmı? - Ciddi hazırlıq gedir

2024-01-15 12:48:18

NATO Rusiya ilə birbaşa savaşa başlayacaqmı? - Ciddi hazırlıq gedir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Bolqarıstan NATO-nun 5 min nəfər döyüşçüsünü yerləşdirmək üçün infrastruktur inşa edəcək. Ölkənin müdafiə naziri Todor Taqarevin sözlərinə görə, buraya təkcə müttəfiqləri yerləşdirmək üçün məkanlar yox, həm də bir çox digər obyektlər daxil olacaq. 
Müdafiə naziri deyib: "Mənim ABŞ-a səfərim zamanı NATO-nun çoxmillətli hərbi qrupunun bizim ərazimizdə yerləşdirilməsi üçün zəruri infrastrukturun təmin edilməsi imkanları müzakirə edilib. ABŞ onun tikintisi üçün müxtəlif beynəlxalq fondlardan istifadə edilməsində köməklik göstərməyə hazırdır. NATO-nun şərqi cinahındajı hərbi qrupunun sayının briqada səviyyəsinə - 5 min nəfərə hərbçiyə qədər artırmaq planı var. Hazırda işlərin aparılmasının dəqiq qrafiki yoxdur. Lakin biz vaxtı-vaxtında bütün zəruri ehtiyacları təmin eləməyə hazırıq".
Taqarev bildirib ki, zəruri infrastrukturun  hazırlanması təkcə müttəfiqləri yerləşdirməklə bitmir: "İnfrastruktur - müttəfiqlərin qüvvələrinin ölkəmizin ərazisində sürətlə irəliləməsini təmin edə biləcək yollar və dəmiryolu xətləri deməkdir. Boru kəmərləri və yanacaq anbarları deməkdiir. Həm də hərbi qulluqçuların yerləşdirilməsi üçün yerlər deməkdir. Bütün bu məsələlərin üzərində işləyirik. Lakin bu məsələlərin heç də hamısı Müdafiə Nazirliyinin səlahiyyətlərinə daxil deyil".
Mətbuatda dərc olunan xəbərlərdə NATO-nun çoxmillətli qüvvələri üçün Bolqarıstanda tikilməsi nəzərəd tutulan hərbi şəhərciyin 100 milyon levdən (50 milyon avrodan çox) baha başa gələcəyi, bazanın isə 2025-ci ilə qədər hazır olacağı bildirilir.
Xəbər verdiyimiz kimi,  Almaniyada dərc edilən "Bild" nəşri Bundesverin (Almaniya Silahlı Qüvvələri)  məxfi sənədlərinə istinadla, NATO-nun şərq cinahının bu ilin fevralında Rusiyaya qarşı hibrid hücumuna hazırlaşdığını yazıb. İddiaya görə, sənəddə Rusiya ilə Qərb arasında savaşın ssenarisi aybaay təsvir edilib,  münaqişənin kulminasiya nöqtəsi isə yüzminlərlə NATO əsgərinin Avropaya yerləşməsi və 2025-ci ilin yayında müharibənin başlanmasının qaçılmaz olmasıdır.
Həmçinin, "Röyter" agentliyinin Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, NATO-nun bu ilin birinci yarısında (fevral-iyun aylarında Şərqi Avropada) keçirəcəyi irimiqyaslı təlimlərdə Böyük Britaniyanın 20 min nəfər hərbçisi iştirak edəcək. 
Hürr Tərcüman