NATO Rusiyanın qırmızı xəttinə doğru irəliləyir – Lavrov açıqlama verdi
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov NATO-nun bundan sonra sərhədlərə doğru irəliləməsinin Moskva üçün qırmızı xətt olacağını bəyan edib.
Lavrov deyib: “NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz yaxşı məlumdur – alyansın Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləyib getdikcə yaxınlaşması qırmızı xətt olacaqdır”.
Dekabrın 17-də RF XİN ABŞ ilə razılaşma və NATO ilə təhlükəsizlik təminatı müqavilələrinin layihələrini dərc edib. Sənədlər artıq Vaşinqtona və onun NATO müttəfiqlərinə təqdim edilib. Razılşma layihəsinin bəndlərindən birində alyansın Ukrayna ərazisində genişlənməməsi üçün NATO-nun təminat verməsi təklif edilir.
RF Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ Rusiyanın təhlükəsizlik təminatı tələblərinə cavab verməsə, bu yeni ziddiyyətlərin yaranmasına səbəb olacaq.
Hürr Tərcüman