📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“NATO Rusiyanın raket hücumlarına hazırlaşmalıdır” – Rusiyaya qarşı “hərbi Şengen” sistemi yaradıla bilər

2024-01-29 12:26:16

“NATO Rusiyanın raket hücumlarına hazırlaşmalıdır” – Rusiyaya qarşı “hərbi Şengen” sistemi yaradıla bilər

Hazırda Rusiya Federasiyasının əsas diqqəti Ukraynadakı müharibəyə yönəlsə də, Qərb dövlətləri artıq işğalçı ölkənin digər Avropa ölkələrinin təhlükəsizliyini də təhdid edə biləcəyindən narahatdırlar.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Times” nəşrində yayımlanan məqalədə bildirilir.

Nəşr qeyd edir ki, yüksək rütbəli generalların xəbərdarlığına görə, Moskva NATO-ya qarşı müharibəyə başlayarsa, Alyans Rusiyanın Avropadakı, xüsusən də Almaniyadakı bütün hədəflərə mümkün raket zərbələrinə hazırlaşmalı olacaq.

NATO-nun Almaniyadakı hərbi logistika mərkəzinin komandiri general-leytenant Aleksandr Sollfrank müttəfiqləri hazırda qoşun və texnikanın yerdəyişməsini çətinləşdirən bürokratik prosedurları sadələşdirməyə çağırıb. O hesab edir ki, münaqişə zamanı ölkələrə də bir-birinin hərbi texnikasından istifadə etməyə icazə verilməlidir.

“Müharibəni və on-beş il əvvəlki əməliyyatları müqayisə etsək, başa düşəcəyik ki, arxa cəbhələr üçün çətin bir döyüş olacaq. Rusiya bütün gücündən istifadə edəcək,” - Solfrank qeyd edir.

Alyans liderləri əmindirlər ki, müdafiələrini gücləndirmək üçün məhdud vaxtları var. “The Times” yazır ki, Onlar iyulda Vaşinqtonda keçiriləcək sammitə qədər hərbi konvoyların NATO ölkələri arasında sərbəst hərəkət etməsinə imkan verəcək “hərbi Şengen” sisteminin tətbiqi ilə bağlı razılığa gəlməyi düşünürlər.

azpolitika.info