NATO Rusiyaya qarşı: “Ukrayna qalib gələnə qədər”
2023-08-17 18:11:00
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Osloda keçirilən mətbuat konfransındakı çıxışında deyib: “NATO Ukrayna müharibədə qələbə çalana qədər onu dəstəkləməyə davam edəcək”. Bu barədə məlumatı “Röyters” informasiya agentliyi yayıb.
Stoltenberq bu sözləri münaqişənin başa çatması üçün Kiyevin ərazi güzəştlərinə gedib-getməyəcəyi ehtimalı barəsində sualın cavabında deyib.
Hürr Tərcüman