NATO SitaWare ilə Arktika üzərində nəzarəti gücləndirir
NATO "SitaWare" ilə Arktika üzərində nəzarəti gücləndirir. Məlumdur ki, şimal qütbü geosiyasi mübarizə meydanına çevrilir və NATO Arktikada öz mövqelərini möhkəmləndirməyə çalışır. "SitaWare" proqram məhsulu bu strateji əhəmiyyətli regionda hərbi və informasiya üstünlüyünə nail olmaq üçün əsas vasitəyə çevrilə bilər.
"SitaWare" çətin Arktika şəraitində donanma, hava və quru qüvvələrinin koordinasiyasını təmin edərək, həm böyük gəmilərin, həm də kiçik patrul gəmilərinin idarə olunmasına imkan verir. Onun məlumat analitikası və təhlükənin proqnozlaşdırılması imkanları hərəkətləri izləməyə və dəyişikliklərə tez cavab verməyə kömək edir. Müxtəlif mənbələrdən alınan məlumatların inteqrasiyası NATO-nun informasiya üstünlüyünü təmin edəcək, koalisiya əməliyyatlarına dəstək isə müttəfiqlərlə əməkdaşlığı gücləndirəcək.
"SitaWare" Şimali Atlantika Alyansının Rusiya və Çindən gələn təhdidlər bəhanəsi ilə bölgəyə tam nəzarəti ələ keçirməyə çalışdığı Arktikaya nəzarətdə mühüm faktora çevriləcək.
Ülviyyə, Hurriyyet.az